Bakı. Zümrüd Paşayeva - APA. Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb.
APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, BMT iki il əvvəl Suriyada əsir götürülən amerikalı müstəqil jurnalist Piter Teo Kurtisin azad edilməsini təsdiqləyib.
BMT sülhməramlıları jurnalisti Colan yüksəkliklərinə aid ərazidə əl-Rafid kəndində təhvil alıblar.
Qeyd edək ki, 45 yaşlı müstəqil jurnalist Piter Kurtis 2012-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında “ən-Nusra Cəbhəsi”nin yaraqlıları tərəfindən əsir götürülmüşdü.