Bakıda “ZAZ”, Sumqayıtda “Fiat”, Şəkidə isə “Vaz” markalı avtomobil yanıb

Bakıda “ZAZ”, Sumqayıtda “Fiat”, Şəkidə isə “Vaz” markalı avtomobil yanıb
# 19 aprel 2015 01:48 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında və bu gecə respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "FİAT" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Bundan başqa Bakının Xəzər rayonunda vətəndaşa məxsus "ZАZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın Şəki şəhərində qeydə alınıb. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikdə elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR