Braziliyada İlyas Əfəndiyevin portuqal dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib - FOTO

Braziliyada İlyas Əfəndiyevin portuqal dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 15 dekabr 2014 13:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Braziliyadakı səfirliyin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin “Milli İncəsənət Fondunun” (FUNARTE) təşkilatçılığı ilə Rio de Janeyro şəhərində Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin portuqal dilində Braziliyada nəşr olunmuş “Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbir FUNARTE-nin “Sidney Miller” zalında təşkil olunub.

Mərasimdə FUNARTE-nin prezidenti Guti Fraqa, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və “İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil nitq söyləyiblər. G. Fraqa çıxışı zamanı Azərbaycanın tanınmış yazıçısının əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə olduğunu bildirib və bunun Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı ilə tanış olmaq üçün yeni imkan yaratdığını söyləyib.

Səfir Elnur Sultanov İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığını xatırladaraq xalq yazıçısının zəngin yaradıcılığı barədə danışıb. E. Sultanov kitab təqdimatının Azərbaycan ilə Braziliya arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə olduğunu qeyd edib.

E. Kalil Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olduğunu söyləyərək “Seçilmiş əsərlər” kitabının Braziliyada maraqla qarşılanacağına əmin olduğunu vurğulayıb.

Sonra braziliyalı teatr aktyorları ədibin “Sən həmişə mənimləsən” pyesini portuqal dilində oxuyublar. Braziliyalı musiqiçi Bernardo Bittenkur tar musiqi alətində Azərbaycan musiqi parçalarını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR