Bu il Azərbaycanda 11 min hektar sahədə arpa və buğda toxumu əkiləcək

Bu il Azərbaycanda 11 min hektar sahədə arpa və buğda toxumu əkiləcək
# 18 dekabr 2014 11:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il Azərbaycanda artıq 8 min 800 hektar sahədə buğda və arpa toxumu əkilib. Yazlıq arpa və buğdanın iyunda yığımına başlanılacaq.

Bunu “APA-Economics”ə açıqlamasında “Azərtoxum” MMC-nin icraçı direktoru İkram Vəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə 11 min hektar sahədə toxum əkilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, gələn il üçün məhsuldarlığın necə olacağı ancaq aprel-may aylarında məlum olacaq. Lakin İ. Vəliyev deyib ki, bu il payız mövsümü quraqlıq olduğu üçün cəmi 6 200 hektarda biçin aparılıb və 14 min ton məhsul yığıb.

Qeyd edək ki, “Azərtoxum” MMC-nin Şəki, Şəmkir, Yevlax, Tərtər, Siyəzən, Sabirabad, İsmayıllı, bir sözlə, ümumilikdə 10 rayonda taxıl sahələri var. Müəssisə fermerlərə həm yerli, həm də xaricdən gətirilən toxum sortları satırlar. O, deyib ki, Qobustan və Şamaxıda daha çox yerli sortlara üstünlük verilir. İ. Vəliyev əlavə edib ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Rusiyadan 6 500 ton toxum gətirilib. Məhsulun böyük hissəsi artıq fermerlərə satılıb.

MMC-nin icraçı direktoru bildirib ki, onlar fermerlərlə müqavilə əsasında işləyirlər. Fermerlərə toxum, gübrə verilir, biçim zamanı kömək göstərilir. Sonra yenidən həmin toxumları əhaliyə qaytarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR