Azərbaycanla FAO arasında kənd təsərrüfatı sahəsində 4 milli layihə həyata keçiriləcək - FOTO

Azərbaycanla FAO arasında kənd təsərrüfatı sahəsində 4 milli layihə həyata keçiriləcək - <span style="color: red;">FOTO
# 25 may 2015 14:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Kənd Təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in verdiyi xəbər görə, FAO nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi və Texniki Yardımın təmin edilməsi üzrə Saziş” və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” Sazişinin imzalanması mərasimində iştirak etməkdir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsindəki prioritetlərə əsaslanaraq FAO ilə tərəfdaşlıq zamanı əsas diqqətin aşağıdakı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur: heyvan sağlamlığı və bitki mühafizəsi, o cümlədən, transsərhəd heyvan və bitki xəstəliklərinə nəzarət; bacarıqların artırılması, o cümlədən kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti; kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasət və institusional çərçivənin gücləndirilməsi; bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması.

İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan Hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparıb, əməkdaşlıq əlaqələrinin, xüsusilə də yeni yaradılacaq ofis çərçivəsində daha da inkişafına təkan verəcəyi vurğulanıb. Qeyd olunub ki, 1995-2014-cü illərdə FAO tərəfindən 20-yə yaxın layihə həyata keçirilib, hal-hazırda təşkilat tərəfindən 3 milli və 3 regional layihə həyata keçirilir. Eyni zamanda, 2015-ci ildə həyata keçirilməsi məqsədilə FAO tərəfindən 4 milli layihə təsdiq edilib və Hökumətə təqdim olunub. Layihələr marketinq və dəyərlər zənciri koordinasiyası üçün bacarıqların və idarəetmənin səviyyəsinin yaxşılaşdırılması, fitosanitar nəzarətin gücləndirilməsi, kənd qadınlarının sosial-iqtisadi təminatının dəstəkləməsi, toxumçuluq və damazlıq sahələrini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR