2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar bu ilin proqnozu ilə müqayisədə 8,1% artacaq

2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar bu ilin proqnozu ilə müqayisədə 8,1% artacaq
# 15 oktyabr 2014 09:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar bu ilin proqnozu ilə müqayisədə 8,1%, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 28,7% artacaq.

APA-Economics”in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Sənəddə qeyd edilir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisini yüksəltmək, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işləri növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR