Sanksiyalardan vergi işçilərinin hesabına köçürülən vəsait ikiqat artırılıb

Sanksiyalardan vergi işçilərinin hesabına köçürülən vəsait ikiqat artırılıb
# 14 iyun 2016 13:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Milli Məclisin növbədənkənar iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycanda maliyyə sanksiyalarından əldə olunan vəsaitdən vergi orqanları işçilərinə verilən vəsaitin məbləğinin 2 dəfə artırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir.

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR