Bakı-Şamaxı yolunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Bakı-Şamaxı yolunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb
# 05 may 2015 11:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı-Şamaxı yolunda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 112 –ci kilometrliyində vətəndaşa məxsus "Priora" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alıb. Sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR