İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib - FOTO

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 18 aprel 2013 13:38 (UTC +04:00)

Bakı - APA-Economics. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində (İİN) geniş kollegiya iclası keçirilib.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların cəlb edilməsi, sağlam rəqabət mühitinin tam formalaşması, inhisarçılığa qarşı daha da ciddi addımların atılması, inflyasiyanın aşağı səviyyədə saxlanılması, daxili istehsalın stimullaşdırılması, dövlət proqramlarının icrasının davam etdirilməsi, sənayedə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ölkənin yerli mallarla maksimum dərəcədə təmin edilməsi və idxaldan asılılığın minimuma endirilməsi, rəqabət qabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələri tikintisinin davam etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizmin inkişafı, kadr hazırlığı prosesinin sürətləndirilməsi və digər sahələrdə konkret tapşırıqların verdiyini vurğulayıb.

Ş.Mustafayev dövlət başçısı tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində intensiv metodların tətbiqi, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, elektron kənd təsərrüfatı layihəsinin həyata keçirilməsi və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, subsidiyaların verilməsinin təkmilləşdirilməsi, bu ilin sonunadək üçüncü regional dövlət proqramının hazırlanması barədə müvafiq tapşırıqlar verdiyini də diqqətə çatdırıb.

Kollegiya iclasında İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumlarının rəhbərləri qeyd olunan sahələrdə indiyədək görülmüş işlər barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR