Berlində “erməni soyqırımı” iddialarına qarşı yürüş-mitinq keçirilib

Berlində “erməni soyqırımı” iddialarına qarşı yürüş-mitinq keçirilib
# 27 aprel 2015 08:40 (UTC +04:00)

Bakı – APA. Almaniyanın paytaxtı Berlində “erməni soyqırımı” iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb və Brandenburq qapıları yanında başa çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqlarını, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənlik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi şüarları əks etdirən plakatları tutublar.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar da səsləndiriblər, əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən türk federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR