Azərbaycanda mineral gübrələr 5 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına 70 faiz güzəştlə satılacaq

Azərbaycanda mineral gübrələr 5 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına 70 faiz güzəştlə satılacaq
# 05 avqust 2014 08:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarına dəyişikliklər edib.

APA-nın məlumatına görə, qərara əsasən indiyə qədər “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib.

Dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılacaq mineral gübrələrin güzəşt faizi artırılıb, hər hektara görə müəyyən edilən 300 kiloqram mineral gübrə həddi ləğv edilib. Bundan sonra “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 70 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 80 manata qədər müəyyən edilib. Müvafiq olaraq bu istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılacaq və tərkibi təsdiq ediləcək. Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Qərar 5 il müddətində qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR