"Şahdəniz" yatağının işlənməsindən əldə olunan gəlirlər 24% azalıb

"Şahdəniz" yatağının işlənməsindən əldə olunan gəlirlər 24% azalıb
# 09 iyul 2015 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il ərzində “Şahdəniz” yatağından əldə olunan gəlirlərini açıqlayıb.

APA-Economics”in ARDNF-ə ünvanladığı sorğuya cavab olaraq verilən məlumata görə, bu ilin iyun ayında “Şahdəniz” yatağı üzrə əldə olunan ümumi gəlirlərin həmi 31 mln. ABŞ dolları olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 10 mln. dollar və ya 24,4% azdır.

Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağının işlənməsindən 190 mln dollar gəlir əldə olunub.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən bu ilin iyul ayının 1-nə qədər yatağın işlənməsi üzrə əldə olunan ümumi gəlirlərin həcmi 2 310 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR