Bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 02 iyul 2015 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rasim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, fevralın 15-də Bibiheybət qəsəbəsində yaşayan 33 yaşlı Hüseynova Türkan Elçin qızı və onun kiçik qardaşı, 24 yaşlı Elvin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb. Ağır dərəcəli bədən xəsarətləri almış Elvin Hüseynov yolda keçinib.

Hadisəni törətməkdə təsirləndirilən Rasim Mustafayev tutulub. Məlum olub ki, R. Mustafayev bir müddət əvvəl E. Hüseynlinin bacısı Türkan Hüseynova ilə münasibət yaratmağa çalışıb. Lakin qarşı tərəf R. Mustafayevə rədd cavabı verib. Bundan sonra onların münasibətləri kəskinləşib və bir müddət əvvəl R. Mustafayev Türkanın evinə gələrək mübahisə edib, hətta onun anasına xəsarətlər yetirib. Bu səbəbdən ailə R.Mustafayevdən polisə şikayət edib. Araşdırmalar çərçivəsində R.Mustafayev polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Hadisə baş verən gecə R.Mustafayev evdə kimsənin olmadığı vaxt həyətə daxil olaraq gizlənib. Gecə saatlarında T.Hüseynova qardaşı və anası ilə evə qayıdanda R.Mustafayev onlara hücum edərək bıçaqlayıb. 24 yaşlı E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. Xəsarət alan T.Hüseynova isə ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR