Portuqaliya bir həftə ərzində ikinci dəfə Rusiya hərbi təyyarələrini öz hava məkanından uzaqlaşdırıb

Portuqaliya bir həftə ərzində ikinci dəfə Rusiya hərbi təyyarələrini öz hava məkanından uzaqlaşdırıb
# 01 noyabr 2014 08:36 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Portuqaliya son bir həftə ərzində ikinci dəfə öz hava məkanının sərhədlərində Rusiya bombardmançı təyyarələrini qeydə aldığını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Rusiya hərbi təyyarələrinin NATO-nun cənub sərhədlərində qeydə alındığı açıqlanıb.

Portuqaliya həftə ərzində ikinci dəfə olaraq öz “F-16” qırıcı təyyarələrini havaya qaldırıb və Rusiya hərbi təyyarələrini uzaqlaşdırıb. Bu ölkənin müdafiə naziri bəyan edib ki, NATO hava qüvvələri komandanlığı istədiyi zaman Portuqaliya hava qüvvələri bu missiyanı yerinə yetirməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 29-da NATO təyyarələri Rusiyaya aid hərbi təyyarələrin Atlantik okeanı üzərində, eləcə də Qara dəniz və Baltik dənizi üzərində uçuşunu qeydə alıblar. Rusiya təyyarələri NATO-nun hava məkanını pozmasa da, alyans rəsmiləri bildiriblər ki, bu hadisələrin təkrarlanması və Rusiya hərbi təyyarələrinin cənuba doğru istiqamətlənməsi heç də adi hal sayıla bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR