“AXA Mbask” regionlarda nümunəvi sürücüləri dəstəkləyən layihə keçirib

“AXA Mbask” regionlarda nümunəvi sürücüləri dəstəkləyən layihə keçirib
# 18 may 2015 06:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qubada və Qusarda “Yaxşı sürücü” adlı sosial layihə keçirilib.

“AXA Mbask” sığorta şirkətindən “APA-Economics”ə verilən xəbərə görə, layihə ölkəmizin yollarında və küçələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilib.

“Yaxşı sürücü” – sosial layihəsinin məqsədi yol hərəkəti iştirakçılarının yollarda məsuliyyətli davranışını stimullaşdırmaq, eləcə də vicdanlı və məsuliyyətli sürücüləri həvəsləndirməkdir. Belə ki, layihə çərçivəsində yerli hakimiyyət orqanların və Dövlət Yol Polisi bölmələrin dəstəyi ilə “AXA Mbask” şirkətinin nümayəndələri Quba və Qusar şəhərlərində yol hərəkətinin intensiv olduğu küçələrdə və prospektlərdə sürücülərə yolda davranışın əsas qaydaları haqqında məlumat vərəqələri paylayıblar.

Sürücülərə həmçinin məlumat verilib ki, elementar yol hərəkəti qaydalarına riayət edilməməsi, avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməməsi yol-nəqliyyat hadisələrinin və bu hadisələr nəticəsində yaranan travmaların əsas səbəbləridir.

Qeyd edək ki, gələcəkdə “AXA Mbask” bu sosial təşəbbüs çərçivəsində məsuliyyətli sürücülər üçün yeni xüsusi sığorta proqramları işlənib hazırlayacaq, paytaxtda və regionlarda təhlükəsiz avtomobil idarə etmə mədəniyyətinin aşılanmasına və tətbiq edilməsinə yönəlmiş, uşaqları və böyükləri əhatə edən müntəzəm tədbirlər həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR