Topaz Premyer Liqası: XII turun 2 oyununun vaxtı dəyişdirilib

Topaz Premyer Liqası: XII turun 2 oyununun vaxtı dəyişdirilib
# 02 noyabr 2015 12:48 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XII turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu start götürəcək turun iki qarşılaşmasının vaxtı dəyişdirilib.

Avropa Liqasının IV turunun noyabrın 5-də keçirilən matçında Almaniyada Dortmund “Borussiya”sının qonağı olan “Qəbələ”nin “İnter”lə görüşü nəzərdə tutulduğundan iki gün sonra baş tutacaq. Matç noyabrın 7-dən 9-na keçirilib.

“Zirə” – “Sumqayıt” oyunu isə noyabrın 6-da deyil, ertəsi gün baş tutacaq. Bu matçın vaxtının dəyişdirilməsinə teleyayım səbəb olub.

Topaz Premyer Liqası

XII tur

7 noyabr (şənbə)

16:30. AZAL – “Kəpəz”
“AZAL Arena”

18:30. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

8 noyabr (bazar)

16:00. “Xəzər Lənkəran” – “Qarabağ”

“Xəzər Lənkəran” mərkəzi stadionu

18:00. “Neftçi” – “Rəvan”
“Bakcell Arena"

9 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “İnter”

“Qəbələ” şəhər stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR