Bank Of Baku

Türkiyə XİN rəhbəri: Cənubi Qafqazın sülhlə anılmasını istəyir, Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyirik

Türkiyə XİN rəhbəri: Cənubi Qafqazın sülhlə anılmasını istəyir, Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyirik
# 15 sentyabr 2026 14:41 (UTC +04:00)

Cənubi Qafqazın sülhlə anılmasını istəyirik.

APA xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının gücü bu məsələdə açar rol oynamağa davam edəcək.

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik”, - Hakan Fidan vurğulayıb.

Onun sözlərinə görə, Qarabağın işğal altında olduğu illər boyunca Türkiyə Azərbaycanın haqlı davasını dəstəkləyib:

“Bu gün bizim prioritetimiz bölgədə sülhün, sabitliyin və rifahın davamlı şəkildə təmin edilməsidir. Nəhayət, Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdə konstruktiv mövqeyini məmnuniyyətlə izləyirik. Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni əməkdaşlıq mərhələsinin başlayacağına inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülh, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla tanınmasını arzulayırıq. Türkiyə-Azərbaycan qardaşlığının gücü bu məqsədə çatmaqda əsas rol oynamağa davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR