Birləşmiş Ərəb Əmirliklərinin Şarja Kitab Təşkilatının “Əl-Naşir əl-Usbui” jurnalı Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyəti barədə məqalə dərc edib.
Bu barədə APA-ya Mərkəzdən bildirilib. Məlumata görə, məqalədə Mərkəzin “Çağdaş Ukrayna şeiri” (“Kişi, qadın və çətir”), gürcü dilində Gürcüstanda işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası” və sair nəşrlərinə dair geniş məlumat yer alıb.