Böyükşor küçəsi ilə kəsişmədə yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb

Böyükşor küçəsi ilə kəsişmədə yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb
# 12 noyabr 2014 08:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakının Böyükşor küçəsi ilə kəsişmədə yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, paralel olaraq yol boyu səki hissəsində tamet daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması, piyada keçidlərinin tikintisi və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir.

Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsi işləri sürətlə davam etdirilir. İşlərin tez bir zamanda başa çatdırılması üçün gecə saatlarında da çoxlu sayda işçi qüvvəsi və texnika cəlb olunur.

Lazer cihazları ilə əhatə olunmuş asfalt döşəyən maşınların eyni vaxtda işləməsi asfalt-beton örtüyünün keyfiyyətli və hamar döşənməsinə şərait yaradır, eyni zamanda imkan verir ki, bütün bunlar yol boyu texnoloji tikişlərin olmamasına və asfalt-beton örtüyünün ömrünün uzun olmasına səbəb olacaq.

Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin noyabr ayı ərzində yekunlaşması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR