Salyan. Əlibəy Zeynallı-APA. Bir gün ərzində 4 nəfər Salyan rayon xəstəxanasına it dişləməsi xəsarəti ilə müraciət edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon xəstəxnasına 60 yaşlı Neftçala sakini, 59, 3 və 16 yaşlı Salyan sakinləri it dişləmə xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər. Dörd nəfərin hər birinə quduzluq əleyhinə vaksin vurulub. Yardım aldıqdan sonra hmin şəxslər evə buraxılıb.