Tiflisdə yeniyetmə Britaniyanın erməni əsilli jurnalistini qarət edib

Tiflisdə yeniyetmə Britaniyanın erməni əsilli jurnalistini qarət edib
# 21 may 2015 22:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Böyük Britaniya vətəndaşı olan erməni əsilli jurnalisti Onik Ceyms Krikoryan Tiflisdə qarət olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırma nəticəsində məlum olub ki, 1968-ci il təvəllüdlü Böyük Britaniya vətandaşının üstündə şəxsi sənədləri olub və 2003-cü il təvəllüdlü Qiqa B. pul kisəsini və sənədləri jurnalistdən götürərək qaçıb. DİN-dən bildirilib ki, Köhnə Tiflis rayon polis idarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğru saxlanılıb və əşyayi-dəlil kimi sənədlərin bir hissəsi götürülb.

DİN-nin məlumatına görə, Qiqa B. 14 yaşlı yeniyetmə olduğundan qanunvericiliyə uyğun olaraq onun hərəkəti cinayət subyekti sayılmır. Məhz buna görə, qarət faktına xitam verilib.

Jurnalistin sözlərinə görə, onun pul kisəsində 40-60 lari (17-25 dollar) və kredit kartları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR