Fransa səfirliyində “Məktəb idarəetməsi-2” adlı təlim iştirakçılarına sertifikatlar verilib

Fransa səfirliyində “Məktəb idarəetməsi-2” adlı təlim iştirakçılarına sertifikatlar verilib
# 21 sentyabr 2015 17:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Bakının 40-a yaxın məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, media işçiləri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Paskal Monye Azərbaycan və Fransa arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlıq əlaqələrindən bəhs edib. Daha sonra çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov Paris Sorbon universiteti-Abu Dabi tərəfindən təşkil olunan “Məktəb idarəetməsi 2” təlim proqramının iştirakçıları olan müəllim heyətini təbrik edib. Təhsilin inkişafı üzrə dövlət strategiyasına toxunan C. Bayramov Təhsil Nazirliyi tərəfindən yeni nəsil məktəb idarəçiləri üçün təlim proqramları təsis edildiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu tip təlimlərin davam etdirilməsi gələcəkdə də nəzərdə tutulur.

“Məktəb idarəetməsi 2” təlimi barədə məlumat verən Paris Sorbon Univeristeti Abu Dabinin nümayəndəsi İmran Muxtarov ötən ilki layihədən fərqli olaraq bu il əsas məqsədin idarəetmə sahəsində yönəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, layihə çərçivəsində 160-dan çox interaktiv proqram icra edilib.

Sonda layihə iştirakçılarının təltifetmə mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR