Çexiya parlamenti Maliyə hərbi kontingent göndərilməsini dəstəkləyib

Çexiya parlamenti Maliyə hərbi kontingent göndərilməsini dəstəkləyib
# 20 fevral 2013 03:48 (UTC +04:00)

Bakı-APA. Çexiya parlamentinin deputatlar palatası (aşağı palata) hərbi kontingentin Maliyə göndərilməsini dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “ÇTK” çex informasiya agentliyi məlumat yayıb.

Çexiya hərbi kontingenti ilk altı ayı Malinin paytaxtı Bamako şəhərində yerləşən əsas hərbi bazanı qoruyacaq. Çexiya hökuməti keçən həftə Maliyə 15 ay müddətinə 50 hərbi təlimatçı göndərməyə qərar verib.

Hərbçilərin Maliyə göndərilməyin lehinə zalda olan 179 deputatdan 130-u səs verib. Çexiya parlamentinin aşağı palatasına 200 deputat daxildir və qərarın qəbulu üçün 101 səs kifayət edir. “Çexiya hərbçiləri Malidə hərbi bazalarda yerləşəcək, lakin hərbi əməliyyatlarda iştirak etməyəcək”, deyə baş nazir Pyotr Neças parlamentdə çıxışında qeyd edib.

Çexiya hərbçilərinin Maliyə göndərilməsi aprel ayına planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR