Cənubi Sudanda ordu və müxalif qüvvələr arasında toqquşmada 272 nəfər ölüb

Cənubi Sudanda ordu və müxalif qüvvələr arasında toqquşmada 272 nəfər ölüb
# 10 iyul 2016 11:08 (UTC +04:00)

Bakı-APA. Cənubi Sudanın paytaxtında toqquşmalar nəticəsində 272 nəfər ölüb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ötən cümə günü prezident Salva Kiirin əhaliyə müraciətə hazırlaşdığı zaman iqamətgahı qarşısında atışma başlayıb.

Ordu və müxalif qüvvələr arasında toqquşma baş verib. Bu gün isə paytaxt ətrafındakı Qudel və Cebel rayonlarında yerləşən hərbi hissələrdə də atışma baş verib. Toqquşmalar nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR