Rusiya müxalifəti Boris Nemtsovun qətli ilə bağlı Moskvanın mərkəzində cənazə marşı keçirməyi planlaşdırır

Rusiya müxalifəti Boris Nemtsovun qətli ilə bağlı Moskvanın mərkəzində cənazə marşı keçirməyi planlaşdırır
# 28 fevral 2015 02:09 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya müxalifəti Moskvanın cənub-şərqində təyin etdikləri həmin kütləvi aksiyanın əvəzində paytaxtın mərkəzində tanınmış müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı cənazə marşı keçirmək qərarına gəlib.

Qeyd edək ki, Moskva hökuməti ilə razılaşdırılan "Bahar" marşı martın 1-də Marino rayonunda keçirilməli idi. Fevralın 27-də gecə saatlarında qətlə yetirilən Boris Nemtsov həmin marşın təşkilatçılarından biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR