Bakıda mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub

Bakıda mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub
# 01 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildən meyiti tapılan qadının intihar etdiyi məlum olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 29-da mənzilində ölmüş halda tapılan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Dünya Böyükağa qızı Xəlifəlinin yaşadığı evdə özünü asaraq intihar etdiyi aşkarlanıb.

Hadisə Azadlıq prospekti -166, mənzil 19-da qeydə alınıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti”nə daxil olan məlumatda Bakının Binəqədi rayonunda, 1963-cü il təvəllüdlü Xəlifəli Dünya Böyükağa qızının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub.

FHN-nin xilasetmə qüvvələri binanın 11-ci mərtəbəsindəki mənzilə daxil olublar. Hadisə yerinə çağırılmış həkimlərin apardığı ilkin müayinə zamanı D.Xəlifəlinin vəfat etdiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR