Rusiyada axtarışda olan 4 nəfər Azərbaycanda tutulub

Rusiyada axtarışda olan 4 nəfər Azərbaycanda tutulub
# 17 noyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Rusiya tərəfindən axtarışda olan şəxslər Azərbaycanda həbs ediliblər. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Pərviz Quliyev, 106-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə axtarışda olan Asif Əliyev və Fərman Əliyev tutulublar.

Bundan başqa, Baş Cinayət-Axtarış İdarəsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (zorlama) ilə axtarışda olan Kamran Hüseynov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR