Oqtay Əsədov: “Xocalı cinayəti cəzasız qalmayacaq”

Oqtay Əsədov: “Xocalı cinayəti cəzasız qalmayacaq”
# 24 fevral 2015 09:48 (UTC +04:00)

APA-nın məlumatına görə, parlamentin iclasında çıxış edən O. Əsədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə dünyada aparılan “Xocalıya Ədalət!” kampaniyanın ciddi nəticələr verdiyini, bir sıra ölkələrin parlamentlərinin, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanlarının Xocalı hadisəsini soyqırım kimi tanıdığını bildirib: “Milli Məclisin 20-dən çox deputatı xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak edir”.

Spiker Xocalı cinayətlərinin cəzasız qalmayacağına əminliyini vurğulayıb.

Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, ermənilər Xocalı hadisəsində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun və Azərbaycan Xalq Cəbhəsinin rol oynadığını iddia edirlər: “Bunu onunla izah edirlər ki, guya Xocalıdan əhalinin çıxması üçün dəhliz yaradılmışdı, ancaq əhali oradan çıxarılmadı, çünki AXC ilə Mütəllibov arasında hakimiyyət mübarizəsi gedirdi”.


B. Muradova qeyd edib ki, ATƏT PA-nın son toplantısında erməni tərəfinə lazımi cavablar verilib. O, deputatları günün əsas müzakirə mövzusu olan Xocalı soyqırımından danışmağa və bütün diqqəti bu məsələyə yönəltməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR