Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda avtomobil sərxoş vəziyyətdə olan piyadanı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 23.15-də Şirvan şəhərinin “Köhnə şəhər” massivində qeydə alınıb.
Şirvan sakini, 1981-ci il təvəllüdlü Səfərov Əliyusif Mehman oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KS 197 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yola sərxoş vəziyyətdə çıxan Sabirabad rayonu Şıxsalahlı kənd sakini, 1969-cu il təvəllüdlü Əkbərov Razi Əlisahib oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.