Başqırdıstanda 7 erməni güllələnib

Başqırdıstanda 7 erməni güllələnib
# 29 oktyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyanın Başqırdıstan vilayətinin Salavat şəhərində maskalı şəxslər 7 ermənini güllələyiblər, onlardan biri xəstəxanada ölüb.

APA-nın "Lifenewsa istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da şəhərdəki avtoservisdə baş verib. Hücumun qurbanları yerli erməni biznesmen və onun dostları olub. Onların biri ölüb, digərləri ağır vəziyyətdədir. Ölən şəxs avtoservisin sahibi A. Sarkisyandır.

Saytın yazdığına görə, atışmadan əvvəl xəsarət alan şəxslərlə naməlum şəxslər arasında yolda mübahisə yaranıb. Mübahisə iştirakçılarından biri travmatik silahdan havaya bir neçə dəfə atəş açıb. Daha sonra münaqişə avtoservisdə davam edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR