İran “İslam Dövləti”nin sərhədə yaxınlaşacağı təqdirdə hücuma keçəcəyini bildirib

İran “İslam Dövləti”nin sərhədə yaxınlaşacağı təqdirdə hücuma keçəcəyini bildirib
# 27 sentyabr 2014 21:55 (UTC +04:00)

Bakı-APA. İran “İslam Dövləti”nin ölkənin sərhədlərinə yaxınlaşacağı təqdirdə qruplaşmanın İraq ərazindəki mövqelərinə hücuma keçəcək. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın quru qoşunlarının komandanı general Əhməd Reza Purdastan bildirib.

Onun sözlərinə görə, İran ordusu İraq rayonlarının yaxınlığından keçən ölkənin qərb sərhədlərini qorumağa hazırdır. “ Əgər silahlılar İran sərhədinə yaxınlaşarsa, bizim qüvvələr onlara hələ İraq ərazisində zərbələr endirəcəklər.

Əhməd Reza Purdastan yaxın zamanlarda sərhədyanı rayonlarda pilotsuz təyyarələr də daxil olmaqla təlimlərin keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR