AİB prezidenti: “Azərbaycanla bağlı əsas çağırış iqtisadiyyatın şaxələndirilməsidir”

AİB prezidenti: “Azərbaycanla bağlı əsas çağırış iqtisadiyyatın şaxələndirilməsidir”
# 02 may 2015 09:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycanla bağlı əsas çağırış iqtisadiyyatın şaxələndirilməsidir”.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao bankın 48-ci İllik Toplantısında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin aşağı düşməsi Azərbaycan üçün bir çox çətinliklər yaradıb. “Mən hökumətin bu məsələ ilə bağlı atdığı addımları yüksək qiymətləndirirəm. Lakin əsas çağırış ölkənin iqtisadiyyatının necə şaxələndirilməsi ilə bağlıdır. Bunun üçün infrastruktur layihələrinə investisiyalar yatırılmalıdır”, - deyə AİB prezidenti qeyd edib.

T. Nakao əlavə edib ki, insan resurslarının inkişafı, təhsilin, investisiya mühitinin, xüsusilə də bu sahədə şəffaflığın artırılması məsələsi vacib məqamlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR