Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar
# 12 iyul 2014 09:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək Andermatt şəhərində (İsveçrə) Təkmilləşdirilmiş yay dağ təlimi kursu keçiriləcək.

Azərbaycan hərbçiləri həmçinin avqustun 1-dək Vişkov şəhərində (Çexiya) Komanda və qərargah kursunda iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR