Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf nazirini qəbul edib

Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf nazirini qəbul edib
# 15 aprel 2015 15:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Oqtay Şirəliyev ölkədə səhiyyə sahəsində çox böyük işlər görüldüyünü və uğurlar qazanıldığını qonaqların diqqətinə çatdırıb. O, İtaliyanın səhiyyə sistemi ilə bir neçə il əvvəl müəyyən qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb. Nazir bu əlaqələrin daha da genişləndirilməsinin vaxtının çatdığını, Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrində kifayət qədər İtaliya istehsalı olan tibbi avadanlıqların olduğunu bildirib. O.Şirəliyev İtaliyada fəaliyyət göstərən yaxşı mütəxəssislərin ölkədə öz sahələri üzrə çalışmasından və eyni zamanda Azərbaycanda kadrların hazırlanması, tədris işinə vaxt ayırmalarından, bu istiqamətdə yardım etmələrindən məmnun olacağını vurğulayıb. O, Səhiyyə Nazirliyinin yüksək səviyyəli italiyalı mütəxəssislərin ölkəmizdə praktik və tədris fəaliyyəti göstərməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd edib

Federika Quidi ölkəmizlə İtaliya arasında ikitərəfli əlaqələrin, xüsusilə neft və qaz sahəsində çox yüksək inkişaf etdiyini bildirib. İtaliya şirkətlərinin ölkədə fəaliyyətinin digər sahələr üzrə də gücləndiriləcəyinə ümid etdiyi deyən F.Quidi həmçinin qeyd edib ki, İtaliya şirkətləri səhiyyə müəssisələrinin tikilməsi, avadanlıqla təminatı və onların idarə edilməsi sahəsində də geniş təcrübəyə sahibdirlər və bu təcrübəni bölüşməyə hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR