İlin əvvəlindən Azərbaycan əhalisinə 3,5 mlrd. manatlıq pullu xidmət göstərilib

İlin əvvəlindən Azərbaycan əhalisinə 3,5 mlrd. manatlıq pullu xidmət göstərilib
# 22 avqust 2014 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 3,5 mlrd. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 60,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,7 mlrd. manatlıq və ya 5,3% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 53,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Bu ilin birinci yarısında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə Bakı şəhəri üzrə 6,7%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 28,5%, Abşeron iqtisadi rayonu üzrə 12,3%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 8,9%, Aran iqtisadi rayonu üzrə 8,0%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 5,9%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4,8%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 4,6%, Lənkəran iqtisadi rayonu üzrə 4,3%, Naxçıvan iqtisadi rayonu üzrə 4,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR