Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb - VİDEO

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 06:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0501 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0143 manat və ya 1,25% azalaraq 1,1281 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,81% azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR