Azərbaycanla Mədəni və ədəbi əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensial var.
APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Hanoy Universitetinin müəllimi, ədəbiyyatşünas və tərcüməçi Nquyen Van Cien bildirib.
“Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da olmuşam. İstərdim ki, ədəbiyyatın və mədəniyyətin öyrənilməsi ilə məşğul olan qurumlarımız arasında yaxşı əlaqələr yaransın. Mədəni və ədəbi əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensial var. Hazırda vyetnamlılar Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa başlayırlar. Azərbaycanlı kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabını tərcümə etmişəm. Həmin əsərin nəşri gənclər arasında çox böyük maraq və rezonans doğurdu. Kitabın təqdim olunduğu gün çoxlu sayda gənc tələbə və digər gənclər oraya gəlmişdi. Onlar kitabın bir nüsxəsini əldə etmək və oxumaq istəyirdilər. Hazırda bu kitab Vyetnamda kifayət qədər geniş oxucu auditoriyası qazanıb”, - deyə o, qeyd edib.