İraqda Əl-Fəlucə əməliyyatı başlayandan bəri 29 yaşayış məntəqəsi azad edilib

İraqda Əl-Fəlucə əməliyyatı başlayandan bəri 29 yaşayış məntəqəsi azad edilib
# 04 iyun 2016 22:03 (UTC +04:00)

Bakı-APA. İraq ordusu mayın 23-dən başlayan Əl-Fəlucə əməliyyatı dövründə 29 yaşayış məntəqəsi İŞİD silahlılarından azad edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq federal polis qüvvələrinin komandanı Raid Şakir Caudat bildirib.

“Biz əməliyyat başlayandan bəri, Əl-Fəlucə - Əl-Karma, Alba Şadcal və Əs-Səklaviyyə əsas müdafiə xəttini azad etdikdən sonra, 29 kənd və rayonu azad etmişik”, - deyə Caudat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR