Yaqub Mahmudovun “Azərbaycan tarixi” adlı monoqrafiyası ABŞ-da ingilis dilində nəşr olunub - FOTO

Yaqub Mahmudovun “Azərbaycan tarixi” adlı monoqrafiyası ABŞ-da ingilis dilində nəşr olunub - <font color=red>FOTO</font>
# 25 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı - APA. AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun “Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli)” adlı monoqrafiyası ABŞ-ın Los-Anceles şəhərində ingilis dilində nəşr olunub.

APA-nın xəbərinə görə, 4 fəsildən ibarət olan əsərdə IX əsrin ikinci yarısı - XIII əsrin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişaf tarixi ilk mənbələr əsasında geniş şəkildə araşdırılır.

Bununla yanaşı, kitabın sonunda verilmiş 7 ədəd xəritədə Azərbaycan dövlətlərinin tarixi sərhədləri əks olunur. Əsərdə verilmiş aşağıdakı xəritələr Azərbaycanın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır:

- Azərbaycan (e.ə. IV əsr – eranın III əsri);
- Azərbaycan (IX əsrin ikinci yarısı – X əsr);
- Azərbaycan (X əsrin sonu – XI əsrin birinci yarısı);
- Azərbaycan XV əsrdə;
- Azərbaycan Ağqoyunlu dövləti (1468-1501);
- Azərbaycan Səfəvilər dövləti (I Şah İsmayılın hakimiyyəti dövrü, 1501-1524).

Əsərdə həmçinin müxtəlif dövrlərdə Azərbaycanın itirilmiş torpaqlarını nəzərə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilib. Həmin xəritədə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri də öz əksini tapıb.

Kitab dünyanın ingilisdilli tədqiqatçılarını və oxucularını Azərbaycan tarixinin Erkən intibah dövrünün (IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli) parlaq səhifələri ilə yaxından tanış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR