İrəvanda bina uçub, 9 fəhlə dağıntılar altında qalıb

İrəvanda bina uçub, 9 fəhlə dağıntılar altında qalıb
# 25 oktyabr 2012 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində dağıntılar altında inşaat işlərini aparan bir neçə nəfər fəhlə qalıb.

Yerli KİV-in məlumatına əsasən isə, hadisə İrəvanın Hancyan küçəsində baş verib, uçqunun altında isə 9 nəfər qalıb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Artıq fəhlələrdən birini xilas etmək mümkün olub.

Uçqunun səbəbləri hələ məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR