Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə baxış keçiriblər
# 18 oktyabr 2012 15:35 (UTC +04:00)
Bakı-APA. Bu ayın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü ilə əlaqədar olduğunu nəzərə alınaraq Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə paytaxtda və bölgələrdə silsilə tədbirlər keçirilir. Belə tədbirlər sırasında hərbi hissələrə və polis bölmələrinə başçəkmələr də olub. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Ombudsman Aparatının əməkdaşları F.Həsənov və A.Hacıyev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi İ.Gəncəliyevlə birlikdə Tərtər rayon ərazisində yerləşən N saylı hərbi hissəyə başçəkmə həyata keçirib, 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə şəxsi heyəti Ombudsmanın adından təbrik ediblər. Orada müddətli hərbi qulluqçu ilə bağlı edilmiş müraciət əsasında araşdırma aparılmış və müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, aparatı əməkdaşları şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.

Başçəkmə zamanı hərbi hissədə şəxsi heyətlə fərdi və kollektiv söhbətlər aparılıb və ön xətdə hərbi xidmətdə olan hərbi qulluqçular ilə tərbiyə işinin hərbi hissə rəhbərliyi tərəfindən təşkilinin nəticəsi kimi onların yüksək mənəvi, psixoloji vəziyyətinin, Vətənimizin düşmənlərinə nifrət, bütün hallarda Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissi qeyd olunub.

Eyni zamanda, hərbi hissə rəhbərliyinə müvafiq, o cümlədən, yeməkxanada qida qəbuluna, bütün gün ərzində təmizliyin və qayda-qanunun saxlanmasına dair tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR