Borclu abunəçilərin işığı oktyabrın 15-dən kəsiləcək
09 oktyabr 2012 12:27 (UTC +04:00)
Şəbəkədən «APA-Economics»ə verilən məlumata görə, “Bakıelektrikşəbəkə” ASC üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyalarda əsaslı təmir, yenidənqurma işləri, elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması, elektrik veriliş xətlərinin təmiri və s. kimi tədbirlər yerinə yetirilir.
Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 15 oktyabr 2012-ci il tarixi saat 11:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamaması üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

Sənaye və energetika
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq
17:46
20 may 2024
Elektrik şəbəkələrinin mühafizə zonalarında işlərinin aparılmasına dair tələblər müəyyənləşib
17:31
20 may 2024
Brent markalı neft bahalaşıb, WTI isə cüzi ucuzlaşıb
09:08
20 may 2024
NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb
09:07
20 may 2024