Bakı və Abşeron çimərliklərində aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Bakı və Abşeron çimərliklərində aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
# 29 avqust 2012 07:57 (UTC +04:00)
Mərkəzin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, çimərliklərdən götürülən dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələri ilə eyni olub.

Analizlərin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə olduğundan çimmək qadağası yenə də qüvvəsində qalıb. Bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Şöbə müdiri, analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərindən istifadə qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR