KXCP-dəki “Demokratik Birlik” fraksiyasının keçirəcəyi müşavirənin vaxtı açıqlanıb

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının keçirəcəyi müşavirənin vaxtı açıqlanıb
# 04 oktyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) tərkibində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının tərəfdarlarından ibarət geniş formatda keçiriləcək müşavirənin vaxtı məlum olub.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin keçmiş müavini, “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərovun APA-ya verdiyi məlumata görə, oktyabrın 13-də keçiriləcək müşavirədə təxminən 150-yə yaxın partiya üzvü və ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər iştirak edəcək.

F.Cəfərov deyib ki, müşavirədə partiyanın və ölkə müxalifətinin düşdüyü vəziyyət, o cümlədən problemlərdən çıxış yolları müzakirə olunacaq. İclasda müvafiq qərarların qəbul olunması da gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR