Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunə ola bilər” - FOTO

Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunə ola bilər” - <font color=red>FOTO</font>
# 09 oktyabr 2012 11:53 (UTC +04:00)
Bakı-APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qurumun sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin Mak Ginnes və Ravin Endryu Beykerlə görüşüb. DQİDK-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda dini, milli və irqi məsələlərdə tolerantlıq müzakirə olunub. Komitə sədri ATƏT nümayəndələri ilə görüşdə bildirib ki, bu gün ölkəmizdə istər dini, istəsə də milli və irqi ayrı-seçkilik yoxdur: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilsələr, o cümlədən Azərbaycan üçün yeni olan katolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəniz dini icmalar arasında münasibətlərin tolerantlıqdan daha artıq qarşılıqlı hörmət səviyyəsində inkişafının bariz nümunəsinin şahidi olacaqsınız”.

ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamasından məmnunluğunu ifadə edib.
Bildirilib ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyildir. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Dövlət komitəsinin sədri bu məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər.

Görüşdə həmçinin ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub.

Görüşdə ATƏT-in Tolerantlıq və Qeyri-ayrı seçkilik İdarəsinin və Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR