Səhiyyə Nazirliyi: İranda QİÇS-ə yoluxduğunu bilməyən 70 min nəfər var

Səhiyyə Nazirliyi: İranda QİÇS-ə yoluxduğunu bilməyən 70 min nəfər var
# 01 noyabr 2012 10:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranda QİÇS-ə (AİDS) yoluxduğunu bilməyən 70 min nəfər var”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə idarəsinin rəhbəri Abbas Sədaqət bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 24 minə yaxın QIÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır: “İranda QİÇS-ə yoluxma halı cinsi yolla daha da artır. Əvvəllər ölkədə cinsi yolla QİÇS-ə yoluxma halı 7% idisə, indi 10% təşkil edir. Ötən il cinsi yolla QİÇS-ə yoluxma halı 120% olub. Bu da narahatlığı artırıb”.

Qeyd edək ki, İranda QİÇS-ə yoluxanların 69%-i bu virusa narkotik maddələri iynə vasitəsilə qəbul etməklə yoluxublar. İranın AIDS-lə Mübarizə Komitəsinin məlumatına görə, araşdırmalar ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısı olduğunu göstərir. Onların əksəriyyəti 25-34 yaşlı gənclərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR