Türkiyə ordusu Suriya sərhədində yeni hərbi təlimlər keçirir

Türkiyə ordusu  Suriya sərhədində yeni hərbi təlimlər keçirir
# 02 avqust 2012 18:54 (UTC +04:00)
Bakı-APA. Türkiyə ordusu Suriya ilə sərhəddə yerləşən Şanlıurfa əyalətinin Mursitpınar regionunda ağır hərbi texnikanın və zenit-raket sistemlərin iştirakı ilə təlimlər keçirir.
APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, təlimlər Suriyanın Ayn-El qəsəbəsinin qarşısında aparılır.
Türkiyə hərbi komandanlığı bildirib ki, təlimlər Şanlıurfanın Akçakale və Ceylanpınar regionlarında da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR