DSX-nın xüsusi məktəbinin fəaliyyətə başlamasının ildönümünə həsr olunmuş tədbir keçirilib

DSX-nın xüsusi məktəbinin fəaliyyətə başlamasının ildönümünə həsr olunmuş tədbir keçirilib
# 16 oktyabr 2012 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbinin fəaliyyətə başlamasının ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə APA-ya DSX-dən məlumat verilib.

Tədbirdə DSX rəisinin birinci müavini general-mayor Rəşad Sadiqov, xüsusi məktəbin rəisi polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış ediblər.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunub. Bildirilib ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir.

Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərə Fəxri Fərmanlar təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR