İran kosmosa yeni peyk göndərəcək

İran kosmosa yeni peyk göndərəcək
# 02 avqust 2012 16:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran Ramazan ayından sonra kosmosa yeni peyk göndərəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Milli Kosmik Agentliyinin rəhbəri Həmid Fazili açıqlama verib.

O bildirib ki, "Kavoşger-5” adlı yeni peykin kosmosa göndərilməsi üçün bütün hazırlıqlar tamamlanıb: “ Peyklə birlikdə kosmosa göndəriləcək canlı ilə bağlı da sınaqlar həyata keçirilib. Məqsədimiz bu layihəni tam uğurla başa çatdırmaqdır. “Fəcr” peyki başqa bir layihədir. 3 ay ərzində o da kosmosa göndəriləcək. İran indiyədək kosmosa çox peyk göndərib. Ən sonuncusu “Elm və sənət müjdəsi” peyki olub.

Qeyd edək ki, İran kosmosa 2009-cu ilin fevral ayında “Ümid”, 2011-ci ilin iyun ayında “Rəsəd”, bu ilin fevral ayında isə “Nəvid”, ən son isə “Elm və sənət müjdəsi” adlı peyklərini göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR