ABŞ İran Xalq Mücahidlər Təşkilatını terror siyahısından çıxarır

ABŞ İran Xalq Mücahidlər Təşkilatını terror siyahısından çıxarır
# 23 sentyabr 2012 15:29 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ Apellyasiya Məhkəməsi dövlət katibi Hillari Klintona oktyabrın 1-dək təşkilatın statusu ilə bağlı qərar çıxarmaq barədə möhlət vermişdi.

Mərkəzi Fransanın paytaxtı Paris şəhərində yerləşən İran Xalq Mücahidlər Təşkilatı illərdir ki, ABŞ-da lobbi fəaliyyəti göstərərək statusunun dəyişdirilməsini tələb edirdi. 1960-cı illərdə İran şahı Məhəmmədrza Pəhləviyə qarşı qurulan solçu təşkilat 1979-cu il islam inqilabından sonra ayətullahlara qarşı silahlı mübarizəyə başlamışdı. Ancaq geridə qoyduğumuz illərdə İran Xalq Mücahidlər Təşkilatında bir çox dəyişiklik baş verib. Təşkilatın üzvləri və onu dəstəkləyənlər silahı buraxdıqlarını açıqlayaraq, İrandakı rejimi də dinc yollardan devirmək istədiklərini bəyan ediblər.

Məsələyə münasibət bildirən ABŞ Nümayəndələr Palatasanın Xarici Əlaqələr Komitəsinin üzvü, respublikaçı konqresmen Ted Poe H. Klintonun İran Xalq Mücahidlər Təşkilatını “qara siyahı”dan çıxarmaq istiqamətindəki gözlənilən qərarının gec belə qaldığını deyib: “İran Xalq Mücahidlər Təşkilatı uzun müddət öncə şiddəti qınayıb və son illərdə İran içərisindəki fəaliyyətlərlə bağlı məlumat toplanması sahəsində ABŞ kəşfiyyatı ilə birlikdə çalışırdı”.

ABŞ Nümayəndələr Palatasanın Xarici Əlaqələr Komitəsinin digər üzvü, respublikaçı konqresmen Dana Rohrabaxer isə ABŞ Dövlət Departamentinin İran Xalq Mücahidlər Təşkilatını xarici terror təşkilatları siyahısından çıxarmaq barədə qərarının onu çox xoşbəxt etdiyini vurğulayıb: “İran Xalq Mücahidlər Təşkilatı dünyəvi, sülhməramlı və demokratik hökumət istəyən iranlılardan ibarət qurumdur”.

Qeyd edək ki, ABŞ İran Xalq Mücahidlər Təşkilatını 1997-ci ildə xarici terror təşkilatları siyahısına daxil edib. Siyahıda PKK, “Əl-Qaidə”, “Həmas” və “Hizbullah” kimi təşkilatlar da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR